Dünyanın ən uğurlu insanları bunları ƏSLA etmirlər | Banco.az

Dünyanın ən uğurlu insanları bunları ƏSLA etmirlər

Tamara Mustafayeva, Banco.az

“Enerjini sərf etdiyin şeylər həyat standartlarını müəyyənləşdirir.”

Uğurlu insanların bəzi ortaq xüsusiyyətləri vardır. Məsələn, enerjilərini boş yerə sərf edib onları hədəflərindən uzaqlaşdıracaq şeylərdən uzaq dururlar. Bir çoxu enerjilərindən düzgün istifadə etməyə çalışır və özlərinə faydalı olmayacaq şeyləri həyatlarından çıxarırlar.

İş dünyasında böyük uğurlara imza atmış şəxslərin enerjilərini qorumaq üçün uzaq durduqları 4 mənfi xüsusiyyətə nəzər salaq:

1. Kin saxlamaq

6b60be - Dünyanın En Başarılı İş Ä°nsanları Enerjilerini Bu 4 Şeye Asla Harcamıyor                                                                

“Həyat uzun müddət kin saxlamaq üçün çox qısadır.”İlon Mask

Mənfi düşüncələr insanın zehnini daha çox məşğul edir. Əgər zehniniz müntəzəm olaraq kin, nifrət, qərəz və qısqanclıq kimi mənfi duyğularla məşğul olarsa, enerjiniz getdikcə azalacaq və mühüm məsələlərə fikrinizi yönəldə bilməyəcəksiniz.

Opra Uinfri və Bill Qeyts kimi uğurlu insanlar həyatları boyunca hər zaman doğru yoldan irəliləməyin əhəmiyyətini vurğulamışlar. Müsahibələrində daima müsbət düşüncələrə köklənməyi və pozitiv olmağı tövsiyə etmişlər.

“Zəif insanlar intiqam alar. Güclü insanlar bağışlayar. Ağıllı insanlar görməzlikdən gələr.” – Albert Eynşteyn

Həmçinin oxu: Bill Qeytsin məktəbin kompüterlərinə xaker hücumu etməkdəki ƏSL MƏQSƏDİ

2. Düşüncələrini məhdudlaşdırmaq

7yospl - Dünyanın En Başarılı İş İnsanları Enerjilerini Bu 4 Şeye Asla Harcamıyor

Riçard Branson və həyat yoldaşı təyyarə ilə Puerto-Rikoya səfər etməyi planlaşdırarkən səfər təxirə salınır. Yüzlərlə sərnişin vəziyyətdən şikayətlənərkən Riçard Bransonun ağlına bir fikir gəlir.

Branson eyni marşrut üzrə hərəkət edən başqa bir təyyarə axtarmağa başlayır. Mövcud təyyarədəki sərnişinləri daşıya biləcək həcmli bir təyyarə tapdıqdan sonra isə onu icarəyə götürür və sərnişinlərə 39 dollara bilet satır.

Ən sərfəli kredit üçün müraciət et

Böyük və yaradıcı düşünmək bir çox uğurlu insanın ortaq xüsusiyyətlərindən biridir. Buna da sərhədləri aradan qaldıraraq nail olmaq mümkündür.

“Yaradıcılıq nöqtələri birləşdirməkdir.” – Stiv Cobs

3. Şikayət etmək və başqalarını günahlandırmaq

4cpf0c - Dünyanın En Başarılı İş İnsanları Enerjilerini Bu 4 Şeye Asla Harcamıyor

Uğurlu insanların həyatına baxdıqda onların şikayət etmək əvəzinə hadisələrə uyğunlaşmağa çalışdıqlarını, problemlə qarşılaşdıqları zaman nəticə yönümlü düşündüklərini görə bilərik. Bunun səbəbi isə şikayət etmək və günahı başqasının üstünə atmağın insana nə qısa, nə də uzun vədədə heç bir faydasının olmamasıdır.

“Liderlər vaxtlarının 5%-ni problem haqqında, 95%-ni isə onun həll yolunun tapılması barədə düşünməyə sərf edirlər.” – Tony Robbins

4. Rahatlığa öyrəşmək

atcglk - Dünyanın En Başarılı İş İnsanları Enerjilerini Bu 4 Şeye Asla Harcamıyor

Aktiv həyat tərzi keçirmək və daim yeni təcrüblər qazanmaq üçün risk almaq bir çox uğurlu insanın sahib olduğu ortaq xüsusiyyətlərdəndir. Rahatlığa öyrəşdiklərini düşündükləri anda sahib olduqlarını itirmə riskinə girmək onlar üçün bir növ refleksə çevrilmişdir.

İlon Maskın “SpaceX” şirkətini qurması da məhz bu düşüncəyə əsaslanır. Mütəxəssis olmadığı sahələrə yatırım etmək və bu yolda külli miqdarda pul xərcləmək rahatlığa öyrəşmiş insanın deyil, xəyallarını reallaşdırmaq istəyən insanın atacağı addımdır.

Yeni mübarizələr və öyrəniləcək yeni şeylərin arxasından getmək uğurlu insanların rahat və yeknəsək bir həyatdan daha üstün tutduqları həyat tərzidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et