Dünyanın ən sərfəli beş ulduzlu otelləri – QİYMƏTLƏR | Banco.az

Dünyanın ən sərfəli beş ulduzlu otelləri – QİYMƏTLƏR

“Globehunter” onlayn turizm agentliyi dünyanın 170 ölkəsində beşulduzlu hotellərdə qalma xərclərini təhlil edərək, zəngin turistlər üçün ən sərfəli kurortların reytinqini tərtib edib.

Bu haqda “Independent” məlumat yayıb.

Reytinqə əsasən ən münasib qiymətləri olan beş ulduzlu hotellər Türkiyənin Antalya şəhərində çoxluq təşkil edir. Antalyanın hotellərində bir gecəlik qalma xərci təxminən 67 manat təşkil edir.

İkinci yerdə isə Meksikanın paytaxtı Mexiko şəhəri gəlir. Bu şəhərdə beşulduzlu hoteldə bir gün qalma turistə orta hesabla 69 manata başa gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Üçüncü yerdə Misirin Şarm-əş-Şeyx şəhəri gəlir (85 manat). Dördüncü yerdə isə Ukraynanın paytaxtı Kiyev (87 manat )göstərilib.  

Ekspertlər eyni zamanda ən bahalı beşulduzlu hotelləri olan kurortları da müəyyən edib. Bu baxımdan siyahıya San-Fransisko liderlik edir. Burada beş ulduzlu hoteldə nömrə turistə bir günə 943 manata başa gəlir.

Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et