Dünyanın ən hündür binaları - FOTOLAR | Banco.az

Dünyanın ən hündür binaları - FOTOLAR

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bütün dünyada memarlar rekordlar yaradacaq və öz məkanlarını dünyanın ən hündür binası edəcək infrastruktur möcüzələrini dizayn etmək üçün davamlı olaraq rəqabət aparırlar. Bu məqalədə müasir dizaynı olan, texnologiyanın və müasirliyin təkamülünü təmsil edən, eyni zamanda dünyanın ən hündür tikililəri siyahısında olan həmin binalardan 10-u barədə qısa məlumat verəcəyik.

Qeyd edək ki, siyahıya yalnız tam tikilmiş binalar daxildir.

1. Bürc Xəlifə

Yerləşdiyi yer: Dubay, Birləşmiş Ərəb Əmirlikləri

Hündürlük: 828 metr

Mərtəbələr: 163 (+1 yerin altında)

Tamamlanma tarixi: 2010

Hazırda bu tikili dünyanın ən hündür binasıdır.

2. Şanxay Qülləsi

Yerləşdiyi yer: Şanxay, Çin

Hündürlük: 632 metr

Mərtəbə: 128 (+5 yerin altında)

Tamamlanma tarixi: 2015

Göydələnin tikintisinə 1997-ci ildə başlansa da, maliyyə problemlərinə görə bir neçə dəfə dayandırılıb. İstifadəyə yararlı mərtəbələrin hündürlüyünə görə Şanxay Qülləsi Bürc Xəlifədən daha hündürdür.

3. Abraj Əl-Beyt

Yerləşdiyi yer: Məkkə, Səudiyyə Ərəbistanı

Hündürlük: 601 metr

Mərtəbə: 120 (+3 yerin altında)

Tamamlanma tarixi: 2012

4. Ping An Beynəlxalq Maliyyə Mərkəzi

Yerləşdiyi yer: Şençjen, Çin

Hündürlük: 599 metr

Mərtəbə: 115 (+5 yerin altında)

Tamamlanma tarixi: 2017

Dünyanın dördüncü ən hündür binası paslanmayan poladdan və şüşədən ibarət fasada malikdir.

5. Lotte World Qülləsi

Yerləşdiyi yer: Seul, Cənubi Koreya

Hündürlük: 554 metr

Mərtəbə: 123 (+6 yerin altında)

Tamamlanma tarixi: 2017

6. Nyu York Beynəlxalq Ticarət Mərkəzi

Ən sərfəli kredit üçün müraciət et

Yerləşdiyi yer: Nyu York, Amerika Birləşmiş Ştatları

Hündürlük: 541 metr

Mərtəbə: 94 (+ 5 yer altında)

Tamamlanma tarixi: 2014

7. Quançjou Maliyyə Mərkəzi

Yerləşdiyi yer: Quançjou, Çin

Hündürlük: 530 metr

Mərtəbələr: 111 (+5 yerin altında)

Tamamlanma tarixi: 2016

Quançjou Maliyyə Mərkəzini daha davamlı və ətraf mühitə uyğun etmək üçün dizaynerlər fasadı şüşə ilə düzəldiblər.

8. Tyantszin Maliyyə Mərkəzi

Yerləşdiyi yer: Tyantszin, Çin

Hündürlük:  530 metr

Mərtəbə: 97 (+4 yerin altında)

Tamamlanma tarixi: 2019

9. CITIC qülləsi

Yerləşdiyi yer:  Pekin, Çin

Hündürlük:  527 metr

Mərtəbə: 109 (+8 yerin altında)

Tamamlanma tarixi: 2018

10. Taypey 101

Yerləşdiyi yer:  Taypey, Tayvan

Hündürlük:  508 metr

Mərtəbələr: 101 (+5 yerin altında)

Tamamlanma tarixi: 2004

Dünyanın ən hündür binalarından biri olan tikilinin adı təkcə mərtəbələrin sayını ifadə etmir, həm də simvolik məna daşıyır. Binanın adı yeni əsrin gəlişi (100+1) şərəfinə belə adlandırılıb.   

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et