Dünyanın ən böyük və ən bahalı yaxtası hazırlanacaq | Banco.az

Dünyanın ən böyük və ən bahalı yaxtası hazırlanacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtalyalı memarlıq şirkəti dünyanın ən bahalı yaxta konseptini təqdim edib.

Banco.az xəbər verir ki, nəhəng tısbağa şəklində dizayn edilən və alış-veriş mərkəzlərindən restoranlara, plazalardan evlərə qədər bir çox binanın yer alacağı tikilinin dəyəri 8 milyard dollardır.

Həmçinin dünyanın ən böyük üzən konstruksiyası olan bu terayaxt adını 335 milyon il əvvələ qədər mövcud olmuş Pangea qitəsindən almışdır. Gəminin uzunluğunun 550 metr, eninin isə 610 metr olacağı bildirilib.

Xatırladaq ki, super, meqa və gigayatdan daha böyük gəmilər terayaxt adlanır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et