Dünyanın ən böyük pensiya fondu rekord məbləğdə qazanc əldə etdi | Banco.az

Dünyanın ən böyük pensiya fondu rekord məbləğdə qazanc əldə etdi

Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük pensiya fondu mart ayında başa çatan maliyyə ilini rekord göstərici ilə başa vurmaqla oxşar müəssisələri geridə qoyub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Yaponiya Hökuməti Pensiya Fondu ötən maliyyə ilində 25% mənfəətlə 339 milyard dollar əldə edib. Bu, fondun təsis edildiyi 2001-ci ildən bəri qeydə alınan ən yüksək illik qazanc hesab edilir.

Qeyd edək ki, fondun sahib olduğu aktivlər içərisində ən yaxşı fəaliyyət dinamikası 59,4% ilə xarici səhmlərdə müşahidə edilərkən ikinci pillədə 41,6%-lik göstərici ilə yerli səhmlər qərarlaşıb. Fond xarici istiqrazlardan 7,1% mənfəət əldə etsə də, yerli ekvivalentlərindən 0,7% zərərə uğrayıb.

Səhmlərdən bu səviyyədə mənfəət əldə ediləcəyini gözləmədiklərini bildirən Pensiya Fondunun sədri Masataka Miyazono birjalarda yaşanılan səhm bumu ilə bağlı xəbərdarlıq edərək növbəti illərdə bunun tamamilə tərsinə çevrilmə ehtimalının olduğunu söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et