Dünyanın ən böyük kriptovalyuta birjası bağlandı! | Banco.az

Dünyanın ən böyük kriptovalyuta birjası bağlandı!

Ən böyük kriptovalyuta birjalarından olan “Binance” bir neçə saatdır offlayn durumundadır.

“Binance” komandası serverlərdə yaşanan problemə görə sistemə nəzarətin vacibliyini və bu səbəbdən ticarət platformasının müvəqqəti olaraq offlayn olacağını bildirib.

“İstifadəçilərin sayında və ticarət hərəkətliliyində yaşanan ciddi artım səbəbindən “Binance”-ın sistem yeniləməsini genişlətməsi gərəkdir və yenilənmənin 17:00 TSİ-də bitməsi gözlənilir”.

“Bu müddətdə pul çəkilməsi və ticarət əməliyyatları təxirə salınacaq. Narahatçılığa görə üzr istəyir, səbriniz üçün təşəkkür edirik”.

“Binance” komandası tərəfindən rəsmi açıqlama verilməmişdən bir neçə saat öncə birjada əməliyyat etmək mövzusunda çətinliklər yaşanırdı. O saatları da daxil edib birja fəaliyyətinin yenidən başlama saatını 17:00 qəbul etsək, birja ümumilikdə təxminən 14 saat ərzində bağlı qalmış olacaq.

Verilən ilk açıqlama investorlar arasında bir qədər fikir ayrılığına səbəb oldu, çünki komanda həmin vaxt bir baxımın davam etdiyini və bu müddət ərzində investorların platformadan kifayət qədər səmərə ala bilməyəcəyini bildirmişdi.

Ancaq qısa müddət sonra investorlar sərəncamlara riayət etmə, pul çıxarma və sərmayə qoyma kimi əməliyyatlarda çətinlik çəkdilər.

Ticarətlə əlaqədar edilə biləcək hər bir əməliyyatda çətinlik çəkən investorlar qrupdan edilən bu açıqlamadan sonra çox da məmnun qalmadı. “Binance”-ın CEO-su Çanqpenq Zhao birjanın bir neçə serverində problem yaşandığını və onları həll etmək üçün bir neçə saatın lazım olduğunu vurğulayıb.

Zhao bu açıqlamadan bir neçə saat sonra daha bir şərh verərək problemi həll etməyin bir qədər ləngiyəcəyini (təxminən 10 saat) bildirdi. Ancaq baxım işlərinə davam etməmişdən əvvəl investorlara pul çəkə bilmələri üçün 30 dəqiqəlik bir müddət verdi.

Bu müddət ərzində bir zamanlar Çinin ən böyük birjası “OKCoin”-in Honq Konqda yerləşən kriptovalyuta ticarət platforması olan “OKEx” ündəlik ticarət həcmi baxımından qlobal bazardakı ən böyük birja oldu və Cənubi Koreyadakı “Upbit” və “Binance” borsalarını geridə qoydu.

Bu texniki qüsurlardan əvvəl “Binance” dünyanın ən böyük birjası hesab olunurdu və onun ardınca “Upbit” və “OKEx” gəlirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

“Lightning Network” nədir və necə işləyir?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et