Dünyanın 2-ci ən böyük iqtisadiyyatı böhran səbəbindən zəiflədi | Banco.az

Dünyanın 2-ci ən böyük iqtisadiyyatı böhran səbəbindən zəiflədi

Tamara Mustafayeva, Banco.az

Çində enerji və daşınmaz əmlak böhranı iqtisadiyyatı zəiflədib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çində ilin III rübü üzrə artım göstəriciləri dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə bağlı xoşagəlməz mənzərə yaradıb. Belə ki, ölkə iqtisadiyyatı sözügedən dövrdə daşınmaz əmlak sektorunun çöküşü və enerji böhranı kimi səbəblərdən zəifləyib.

Milli Statistika Bürosu tərəfindən açıqlanan məlumata görə, ölkədə ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% artım göstərib. İqtisadçıların median proqnozu isə sözügedən göstəricinin 5% olacağını işarə edirdi.

Açıqlanan digər iqtisadi göstəricilər isə sənaye istehsalı, işsizlik, əsas kapitala qoyulan investisiyalar və pərakəndə satışlar üzrə olub.

Sentyabr ayında sənaye istehsalı median proqnozlardan geridə qalmaqla illik əsasda 3,1% artım göstərib. Eyni dövrdə pərakəndə satış həcmi isə 4,4% yüksələrkən, əsas kapitala sərmayə qoyuluşu ilin ilk doqquz ayında proqnozları doğrultmayaraq illik əsasda 7,3% artıma nail olub. Ölkədə işsizlik nisbəti isə 4,9%-ə geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et