Dünyaca tanınmış şirkətlərin ilk məhsullarından xəbəriniz varmı? | Banco.az

Dünyaca tanınmış şirkətlərin ilk məhsullarından xəbəriniz varmı?

Müəllif: Tamara Mustafayeva, Banco.az

L’orêal, Nike və ya Nintendo kimi firmalar öz sektorlarında məşhurlaşmazdan əvvəl də fəaliyyət göstərirdilər. Bəziləri üçün ilk işləri ilə uğura nail olmaq mümkün olsa da, digərləri o qədər də şanslı deyildi və daha uzun müddət çalışmalı olmuşdular.

Banco.az dünyanın 5 nəhəng şirkətinin istehsal etdiyi ilk məhsulların siyahısını sizə təqdim edirik.

Həmçinin oxu: Neçə yaşında daha uğurlu ola bilərsiniz?

1. Nintendo: Oyun kartları

1980 və 1990–cı illərdə “Mario”, “The Legend of Zelda” və “Pokemon” oyunları ilə adını dünyaya tanıdan Yaponiyanın video oyunlar istehsal edən "Nintendo Co., Ltd." şirkəti siyahıdakı ən qədim şirkətlərdən biridir. Firma Yaponiyanın Kioto şəhərində 1889–cu ildə oyun kartları istehsal etmək üçün yaradıldı. “Hanafuda” və ya “çiçək kartları” adı ilə tanınan oyun kartları, həmin dövrdə qumarxanalarda tez-tez istifadə edilən olan məhsullar idi. Əslində, şirkətin adı da məhz onun mənşəyi ilə əlaqəlidir. Nin–ten–do hecaları hərfi mənada “Şansı cənnətə burax” və ya “Çox işlə, ancaq sonunda hər şey cənnətin əlindədir” kimi tərcümə olunur.

2. L’orêal: Saç Boyası

L’orêal–dan əvvəl etibarlı saç boyası tapmaq olduqca çətin idi. Bu sahədə boşluq olduğunu görən kimyagər Eugêne Schueller işə başladı. İllərlə öz mətbəxində rəngləndiricilərlə işləyən kimyagər dəfələrlə partlayışlar və evə gələn polislərlə üzləşməli olurdu. 1907–ci ildə mükəmməl formul əldə edən Schueller öz şirkətini qurdu. Bu şirkət iki il sonra L’orêa adlanmağa başladı.

3. Ikea: Qələm, corab və s.

“Ikea” şirkətinin yaradıcısı Ingvar Kamprad çox kiçik yaşlardan öz sahibkarlıq bacarıqlarını nümayiş etdirməyə başlamışdı. 5 yaşında ikən Stokholmdan aldığı kibritləri qonşularına satırdı. O, 17 yaşında ikən əmisinin mətbəxində Ikea şirkətini qurdu. Sifariş sistemi ilə fəaliyyət göstərən şirkət corab, bəzək əşyaları, saat, qələm, çərçivə kimi bir çox fərqli məhsul satırdı. Kamprad ilk mebel satışını bir neçə ildən sonra həyata keçirdi. 1953–cü ildə ilk mağazası açılan şirkət qısa müddət ərzində mebel satışı üzrə ixtisaslaşmağa başladığı üçün digər məhsullardan imtina etdi.

Ən sərfəli kredit üçün müraciət et

4. Hoover: Elektrik süpürgəsi

Britaniyanın tozsoranlar istehsal edən “Hoover” şirkətinin ilk məhsulu metal sabun qutusu, yastıq üzü, süpürgə sapı və sərinkeşdən ibarət idi. “Elektrikli süpürgə” olaraq adlandırılan bu süpürgə Henry Hoover–in həyat yoldaşının qohumu James Murray Spangler tərəfindən astma tutmalarını intensivləşdirən tozların qarşısını almaq üçün istehsal edilmişdi. 1908–ci ildə Hoover James–dən ixtiranın patentini satın alaraq “Hoover” adı ilə bazara çıxardı.

5. Nike: Qaçış ayaqqabıları

“Nike” firmasının tarixdəki ilk izləri bir universitetin biznes jurnalına qədər gedib çıxır. Phil Knight Stenford Universitetinin İdarəçilik Fakültəsində təhsil alarkən, Alman markalarının hökmranlıq etdiyi bazar üçün ucuz və keyfiyyətli ayaqqabılar istehsal etmək üzrə Yapon firmalarına ideya verdi. Bu mövzuda hazırladığı məqalə, 1964 – cü ildə öz biznesini qurmasına zəmin yaratdı. Nike adını verdiyi şirkət, Yaponiyanın “Onitsuka Tiger” şirkətinin qaçış ayaqqabıları üzrə distribyutorluğu həyata keçirməyə başladı. Knight ayaqqabıları Oregon Universitetinin kampusunda maşınının arxasında satmağa başladı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et