Dünya şirkətləri ötən il rekord həcmdə dividend ödəyib | Banco.az

Dünya şirkətləri ötən il rekord həcmdə dividend ödəyib

Ötən il dünya şirkətləri səhmdarlara 1 trilyon 430 milyard ABŞ dolları məbləğində dividend ödəyib ki, bu da rekord göstərici sayılır.

"The Guardian"nın verdiyi məlumata görə, qlobal iqtisadi qeyri-müəyyənlik illik artım templərinin sürətini yavaşlatsa da, şirkətlər tərəfindən illik rekord həcmdə dividend ödəmələri Şimali Amerikanın və inkişaf etməkdə olan ölkələrin birjalarında qeydə alınan yüksək göstəricilər və bəzi qeyri-adi dərəcədə iri xüsusi dividentlər hesabına mümkün olub.

2019-cu ildə ödənişlərin ümumi həcmi illik ifadədə 3,5% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, aktivlərin idarə edilməsi sahəsində ixtisaslaşan "Janus Henderson" şirkətinin analitikləri dünyanın ən böyük şirkətlərinin 2019-cu ildə ödədiyi dividendləri təhlil edib. Onlar Böyük Britaniya və Avropa şirkətlərinin səhmdarlara ödədiyi dividendlərinin həcminin dünya üzrə orta göstəricidən az olduğunu müəyyən edib.

Ötən il neft şirkətlərinin investorlara ödədiyi dividendlər daha sürətlə artıb – 10%, telekommunikasiya şirkətlərindən alınan dividendlər isə azalıb.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et