Dünya ölkələri Türkiyəyə yardım göndərməkdə davam edir | Banco.az

Dünya ölkələri Türkiyəyə yardım göndərməkdə davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə tarixinin ən böyük zəlzələ fəlakəti ilə mübarizə apararkən, ABŞ-dan İndoneziyaya qədər bir çox ölkədə ictimai qurumlar və QHT-lər yardım fəaliyyətlərini davam etdirir.

Banco.az xəbər verir ki, Türkiyə  fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdə axtarış-xilasetmə və fəlakət qurbanlarına yardımla bağlı indiyədək dünyanın bir çox ölkəsinin dəstəyini alıb. Əvvəlki məqalələrimizdə həmin ölkələrdən bir qismi barəsində məlumat vermişdik, indi isə digər ölkələrdən bəzilərini diqqətinizə çatdırırıq.

Banqladeşlilər zəlzələdən zərər çəkənlərə yardım etmək üçün səfərbər olublar.

İtaliya Türk Qızıl Aypara Fondunun zəlzələ fəlakəti ilə bağlı fəaliyyətlərinə 1 milyon 750 min avro məbləğində maddi yardım edib.

Qırğızıstan zəlzələlərdən zərər çəkənlər üçün toplanan humanitar yardımın ilk hissəsini göndərib. Türkiyənin Bişkekdəki səfirliyi də Türk Hava Yolları və Pegasus vasitəsilə toplama mərkəzlərinə gətirilən 6 tona yaxın yardımı artıq Türkiyəyə yola salıblar.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviaşirkəti “Emirates” təcili humanitar ləvazimatları, tibbi ləvazimatları və avadanlıqları Dubaydakı humanitar mərkəz olan Beynəlxalq Humanitar Şəhər (IHC) ilə əməkdaşlıq çərçivəsində qurulan hava körpüsü vasitəsilə Dubaydan İstanbula daşıyacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bəhreyn Türkiyəyə 35 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.

Çində zəlzələdən zərər çəkənlərə yardım toplanıb.

İndoneziya da Türkiyəyə axtarış-xilasetmə qrupu göndərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et