Dünya birjalarında ticarət aktivliyi güclənib | Banco.az

Dünya birjalarında ticarət aktivliyi güclənib

Dünya birjalarında ticarət aktivliyi güclənib. Buna səbəb isə ABŞ ilə Çin arasında son günlər soyuyan münasibətlərin yenidən bərpasına dair xəbərlərdir.

 

ABŞ ilə Çin danışıqlarında dair müsbət xəbərlər

Cümə axşamı ABŞ ilə Çin dövlət nümayəndələrinin bir araya gəlmələri, görüşlərin cümə günü Vaşinqtonda davam etdirilməsi qərarı ilə nəticələnib. İki ölkə arasında yaranan ticarət böhranın həllinə dair müsbət xəbərlər isə beynəlxalq valyuta birjalarında avro və funt kimi aparıcı valyutaların bahalaşmalarına səbəb olub.

 

Avro və Funt bahalaşmaqda

Ən sərfəli kredit üçün müraciət et

EUR/USD məzənnəsi 1.12, GBP/USD məzənnəsi isə 1.30$ üzərində təklif edilməkdədir və məzənnələrin 1%-ə kimi də bahalaşa biləcəkləri proqnozlaşdırılır.

 

İngiltərə və ABŞ-dan önəmli statistik göstəricilər açıqlanacaq

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin iqtisadi inkişaf, sənaye və xarici ticarət dövriyyəsi, saat 16:30-da Amerikada inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar açıqlanacaqdır və ticarət aktivliyinin daha da artması gözlənilir.

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et