Dünya bazarlarında neftin qiyməti bahalaşıb | Banco.az

Dünya bazarlarında neftin qiyməti bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İxtisarlar qərarları neft qiymətlərinə təsir göstərib.

Banco.az xəbər verir ki, bazar ertəsi əvvəlcə Səudiyyə Ərəbistanı, daha sonra isə Rusiyanın neft tədarükünü könüllü şəkildə azaltması xəbərindən sonra bu gün neftin qiyməti qalxıb.

Açıqlamalara baxmayaraq, bazar ertəsi günü 1 faiz itki ilə bağlanan Brent markalı neftin qiyməti çərşənbə axşamı səhər saatlarında 0,6 faiz artaraq itkilərinin bir hissəsini kompensasiya edib və 74,95 dollar olub.

ABŞ xam neftinin bir bareli isə 70,07 dollara satılır.

Xatırladaq ki, neft qiymətləri bu il OPEC+-ın ixtisar qərarına baxmayaraq, ABŞ, Avropa və Çində mənfi makroiqtisadi proqnozlar səbəbindən təxminən 11 faiz ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et