Dünya bazarlarında neft qiymətləri arasında fərq kəskin azaldı | Banco.az

Dünya bazarlarında neft qiymətləri arasında fərq kəskin azaldı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri arasındakı fərq ötən bir ilin ən aşağı səviyyəsindədir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, Brent markalı neft və ABŞ xam nefti arasında mövcud olan qiymət fərqi 2020-ci ilin iyun ayından bəri müşahidə olunan ən aşağı səviyyəyə çatıb. OPEC+ isə hasilat səviyyələri ilə bağlı razılığa gələ bilmədiyi üçün məsələni təxirə salıb.

ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) əvvəlki seansda 2,4% bahalaşaraq hazırda bir bareli 75.21 dollara icra edilir.

Brent markalı neftin sentyabr fyuçersi isə London əmtəə birjasında cümə axşamı 1,5% yüksəldikdən sonra 0,1% dəyər itirməklə bir bareli 75.77 dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et