Dünya bazarında neftin qiyməti bahalaşıb | Banco.az

Dünya bazarında neftin qiyməti bahalaşıb

Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin dəyəri  barel üçün 87,46 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,46 dollar (0,53%) çoxdur. Bazar ertəsi bu kontraktların qiyməti 0,29 dollar (0,3%) azalaraq,  87 dollar/barel olub.

Banco.az xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyun ayı üçün WTI fyuçerslərinin qiyməti bu vaxta qədər 0,46 dollar (0,56%) artaraq bir barelə görə 82,36 dollar təşkil edib. Əvvəlki ticarətin nəticələrinə əsasən, bu müqavilələrin dəyəri 0,32 dollar (0,4%) azalaraq 81,9 dollar/barel təşkil edib. Bazarın bir gün əvvəl bağlandığı vaxt vaxtı başa çatan may fyuçersləri 0,29 dollar (0,4%) ucuzlaşaraq 82,85 dollar/barel olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et