Dünya Bankı Türkiyənin artım proqnozunu aşağı salıb | Banco.az

Dünya Bankı Türkiyənin artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı son hesabatında Türkiyənin 2023-cü il üçün artım proqnozunu 0,5 faiz bəndi azaldıb.

Banco.az xəbər verir ki, Dünya Bankı son hesabatında bir çox ölkə və regionlar üzrə artım proqnozlarını aşağı salaraq, yeni neqativ şokların qlobal iqtisadiyyatı tənəzzülə sürükləyə biləcəyi barədə xəbərdarlıq edib.

Bank Türkiyənin 2023-cü il üçün artım proqnozunu da 0,5 faiz bəndi azaldaraq 2,7 faizə endirib. 2024-cü il üçün proqnoz isə dəyişməyərək 4 faiz səviyyəsində qalıb.

Mənzil-qərargahı Vaşinqtonda yerləşən bank çərşənbə axşamı bildirib ki, bu il qlobal ümumi daxili məhsulun 1,7 faiz artacağı ehtimalı var. Qeyd edək ki, bankın iyun ayı üçün təxminləri bu nisbətdən təxminən iki dəfə yüksək idi. Dünya Bankının proqnozu özünü doğrultsa, qlobal iqtisadiyyat 2009 və 2020-ci illərdən sonra bu il ötən 30 ilin ən pis nəticələrini göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et