Dünya Bankı Cənubi Asiyanın iqtisadi artım proqnozunu yüksəldib | Banco.az

Dünya Bankı Cənubi Asiyanın iqtisadi artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı Cənubi Asiya regionun bu ilki artım proqnozunu yuxarı çəkib.

Banco.az xəbər verir ki, Dünya Bankı Cənubi Asiya regionunun yarımillik iqtisadi perspektivləri üzrə oktyabr ayı yeniləməsini dərc edib.

Hesabatda Cənubi Asiya regionundan möhkəm artım gözlənildiyinə diqqət çəkilsə də, perspektivlərin riskli olduğu bildirilib.

Belə ki, hesabata görə, Cənubi Asiya regionunun bu il 5,8 faiz, 2024 və 2025-ci illərin hər birində isə 5,6 faiz artacağı gözlənilir.

Xatırladaq ki, Dünya Bankı aprel ayında dərc olunan hesabatında region iqtisadiyyatının bu il 5,6 faiz, 2024-cü ildə isə 5,9 faiz artacağını proqnozlaşdırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Onu da qeyd edək ki, hesabatda Cənubi Asiya regionu ölkələrinin bu il dünyanın digər inkişaf etməkdə olan ölkələrindən daha yüksək sürətlə böyüməsinin gözlənildiyi, lakin artım tempinin Kovid-19 pandemiyasından əvvəlki sürətdən daha yavaş olduğu vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et