Dünya Bankı Azərbaycanın cari hesab balansının profisitinin tədricən azalacağını gözləyir | Banco.az

Dünya Bankı Azərbaycanın cari hesab balansının profisitinin tədricən azalacağını gözləyir

Dünya Bankı Azərbaycanın cari hesab balansının profisitinin tədricən azalacağını gözləyir.

Dünya Bankı Azərbaycanın cari hesab balansının profisitinin ümumi daxili məhsula (ÜDM) nisbətinin bu il 14,6 %-ə, 2024-cü ildə isə 13,5 %-ə enəcəyini proqnozlaşdırır.

Bu barədə Dünya Bankının "Regional Economic Outlook" hesabatında bildirilib. Bankın yaz proqnozlarına nisbətən bu il bu gözləntilər 4,6 faiz bəndi, gələn il isə 1,3 faiz bəndi azalaçaq.

Sənədə əsasən, 2025-ci ildə Azərbaycanda cari hesab balansının profisitinin ÜDM-yə nisbəti 13 % səviyyəsində olacağı gözlənilir. Bu, ötən proqnozla eyni səviyyədədir.

Qeyd edək ki, ötən il bu göstərici 26,5 % təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et