Dünya bankı 2023-cü il üçün iqtisadi proqnozlarını açıqlayıb | Banco.az

Dünya bankı 2023-cü il üçün iqtisadi proqnozlarını açıqlayıb

Müəllif - Aida İsaq, Banco.az

Dünya Bankı qlobal iqtisadiyyatın gələcəyini müsbət proqnozlaşdırmayıb.

Banco.az xəbər verir ki, ötən ilin yayında qlobal iqtisadi artımın 3% olacağını bildirən Dünya Bankı 2023-cü ildə qlobal iqtisadiyyatın 1,7 faiz, 2024-cü ildə isə 2,7 faiz artacağını proqnozlaşdırıb. Eyni zamanda artımın getdikcə kəskin şəkildə azalacağı qeyd olunub. Bu barədə bankın “Qlobal İqtisadi Perspektivlər” hesabatında məlumat verilib. Beləliklə, hesabatda gözləntilərdən daha çox yüksələn inflyasiya, vəziyyəti stabilləşdirmək üçün artırılan fazi dərəcələri, Kovid-19 pandemiyasının yenidən canlanması, investisiyaların azalması və Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində yaranan vəziyyətin iqtisadi artımı kəskin şəkildə yavaşlatdığı qeyd olunub. 

Dünya Bankı 2023-cü ildə ABŞ-da artımın 0,5%-ə qədər azalacağını proqnozlaşdıraraq, bunun rəsmi tənəzzüllər istisna olmaqla 1970-ci ildən bəri qeydə alınan ən zəif göstərici olacağını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Avro Bölgəsində 2023-cü il üçün artım proqnozunu 1,9 faizdən sıfır faizə dəyişdirən Dünya Bankı Çin üçün də artım gözləntisini 5,2 faizdən 4,3 faizə endirib. 

Ümumilikdə, bank inkişaf etmiş ölkələrin 95%-də və inkişaf etməkdə olan ölkələrin 70%-də cari il üçün iqtisadi artımın zəifləyəcəyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et