Dövriyyədə olan nağd pullar artıb | Banco.az

Dövriyyədə olan nağd pullar artıb

Dövriyyədə olan nağd pullar İyul ayında 173,1 milyon manat və ya 2,2% artaraq 7 milyard 987.6 milyon manata çatıb.

Ötən ilin eyni ayı ilə müqayisədə dövriyyədə olan nağd pullar 508 milyon manat və ya 6,8% artıb.

2018-ci ilin İyul ayının sonuna pul bazası 10 milyard 79.1 milyon manat olub. İyun ayı ilə müqayisədə pul bazası 405 milyon manat və ya 4,2% artıb. Ötən ilin eyni İyul ayı ilə müqayisədə isə artım 639 milyon manat və ya 6% təşkil edib.

2018-ci ilin İyul ayının sonunda manatla pul bazası 8 milyard 888.9 milyon manat, müxbir hesablar isə 2 milyar 61.9 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Pul bazası dedikdə - pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et