Dövlət tələb-təklif münasibətlərinə necə təsir edir? - Fiskal siyasət (sadə dildə) | Banco.az

Dövlət tələb-təklif münasibətlərinə necə təsir edir? - Fiskal siyasət (sadə dildə)

Daxili bazarda tələb-təklif münasibətləri hər zaman bir-birinə uyğunlaşmadığı zamanlarda hərəkətə keçir - Dövlət tənzimlənməsi. Gələcəkdə baş verən, yaxud baş verəbiləək hadisələrdən sığortalanmayan bazar iştirakçıları, çıxılmaz vəziyyət zamanı bir dəstək, təkan, hərəkət verici qüvvə arzu edir. Bu cür vəziyyətlərdə rəqabət qabiliyyətini pozmadan, bazarın strukturuna zərər vermədən, təklif formalaşdıran fiqurları bazardan sıxışdırıb çıxartmadan bazarda yaranmış çətinliyi aradan qaldırmaq üçün kiçik toxunuşlar və sağlam tədbirlər həyata keçirtmək lazım gəlir ki, bunu da dövlət reallaşdırır. Bazar iqtisadiyyatının özünü tənzimləmə sistemi fəaliyyət göstərsə də dünya təcrübəsi sadecə bazar iqtisadiyyatı mövcud deyil və ölkələr qarışıq bazar iqtisadiyyatından istifadə edir. Bazar iqtisadi sistemi proseslər davam etdikcə dövlət, müəyyən qanunauyğunluqların, dövlət və ictimai maraqların qorunmasına nəzarət edir.

Fiskal siyasət - dövlətin həyata keçirdiyi əsas tənzimləmə alətlərindən biri hesab olunur. Fiskal siyasət dövlət xərcləri və vergi ilə bağlı olan tənzimləmə sistemidir. Bu siyasət xeyli dərəcədə hökumət xərclərinin, yəni dövlət idarə və orqanlarının, isntutlarının saxlanılması və s. dinamikasından asılıdır. Fiskal siysət, dövlətin  büdcə və vergi siyasəti olmaqla, büdcə formalaşması siyasətini ifadə edir və eyni zamanda maliyyə siyasətinin tərkib hissəsi sayılır. Fiskal siyasət çəcmuu tələbin, məşğulluğun və gəlirin səviyyəsinə təsir etmək üçün dövlətin xərclərdən, vergiqoymadan və borclanmadan istifadə edərək həyata keçirdiyi siyasətdir. Fiskal tənzimləmə modeli vergilərin və dövlət xərclərinin  dəyişdirilməsini nəzərdə tutur. Əgər natamam məşğulluq varsa, onda işsizliyin səviyyəsi ekspansiv büdcə-vergi siyasətinin (dövlət xərcləri artırılır, vergilər azaldılır) köməyi ilə azaldılmalıdır; əgər qiymətlərin ümumi səviyyəsidə artım varsa, onda inflyasiyanın qarşısının alınması restriktiv fiskal siyasətin vasitələri ilə (vergilərin artırılması və dövlət xərclərinin azaldıması) həyata keçirilməlidir; əgər tam məşğulluğa  və qiymət sabitliyinə nail olunubsa, (netral-konyuktur fiskal siyasət).

Dövlət büdcəsinin kəsiri aşağıdakı yollarla ləğv edilə bilər:

  • Daxili və xarici borc almalar
  • Pul emisiyası vasitəsiylə
  • Sekvest, son aylar (əsasən son 3 ay üzrə) çatışmaya məbləğ qədər xərclərin azaldılması vasitəsiylə (əgər kəsr 20-30% dirsə)

Vergi müasir iqtisadiyyatda çox əhəmiyyətli rola malikdir. Vergi vasitəsilə gəlirlər dövlər büdcəsinə cəlb edilir. Bazar iqtisadiyyatı şəraitində verginin bir sıra xüsusiyyətləri var. Onlardan biri də tənzimləmə funksiyasıdır. Dövlət müəyyən dövrdə vergiqoyma sistemini tətbiq etmık və ya onu təkmilləşdirmək, vergi dərəcəsini müəyyənləşdirmək, quruluş formasını dəyişmək vergi güzəştləri qoymaq, ləğv etmək və s. vasitələrdən istifadə edərək əsaslı vəsait qoyuluşunu stimullaşdırır və ya məhdudlaşdırır, həm də əhalinin həyat səviyyəsinin formalaşmasına təsir göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin iqtisadi vəziyyətindən və iqtisadi inkişafın müəyyən mərhələsində dövlətin prioritet hesab etdiyi məqsədlərdən asılı olaraq vergi siyasətinin həyata keçirilməsi üçün müxtəlif metodlardan istifadə olunur. Vergi siyasəti dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olmaqla onun həyata keçirilməsinin forma və metodlarından əhəmiyyətli dərəcədə asılıdır. Vergi siyasətinin iqtisadi inkişafa təsirini daha da artırmaq üçün onu elmi cəhətdən əsaslandırmaq tələb olunur və ancaq elmi yanaşma vergi siyasətinin nisbi müstəqilliyini möhkəmlədə bilər. Təcrübə sübut edir ki, vergi siyasətinin iqtisadiyyatdan ayrılması ciddi çətinliklərə səbəb olur. Vergi siyasətinin təşkilinə elmi yanaşma, onun bütün faktorlarının öyrənilməsi həmin siyasətin qanunauyğunluğunu təmin edir. Bu qanunauyğunluqların nəzərə alınması iqtisadiyyatda uğurlu nəticələrin reallaşmasına səbəb olur.

Fuad Vahabzadə, banco.az

Digər mövzu üçün: Dövlət tələb-təklif münasibətlərinə necə təsir edir? - Monetar siyasət (sadə dildə)

Dövlət tələb-təklif münasibətlərini necə tənzimləyir? - Qanunverici siyasət (sadə dildə)

Ən sərfəli krediti almaq üçün müraciət et