Dövlət qulluğuna qəbul edilən əməkdaşların andiçmə mərasimi keçirilib | Banco.az

Dövlət qulluğuna qəbul edilən əməkdaşların andiçmə mərasimi keçirilib

23 iyun 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən əməkdaşların andiçmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan QKDK-nın sədr müavini İlqar Muradov ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən əməkdaşları təbrik edərək dövlət qulluqçusunun dövlətin və cəmiyyətin həyatındakı önəmindən danışıb. Ölkə rəhbərliyi tərəfindən dövlət qulluğuna qəbulda aparılan islahatların istedadlı gənc kadrların bu sahəyə cəlb olunmasına şərait yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İ.Muradov dövlәt orqanlarına olan ictimai etimadın artırılması üçün dövlәt qulluğunun qarşısında duran әsas vәzifәlәrin yerinə yetirilməsinin vacibliyini vurğuladı.

Daha sonra daimi dövlət qulluğuna qəbul edilən əməkdaşlara kuratorluq etmiş komitənin təcrübəli dövlət qulluqçuları çıxış edərək ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən şəxslərin staj və sınaq dövründəki fəaliyyətini qiymətləndirərək onlara öz tövsiyələrini veriblər.

Ən sərfəli kredit üçün müraciət et



Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən əməkdaşlar Azərbaycan Respublikasının dövlət bayrağı altında və Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, onların üzərinə qoyulan vəzifələri qərəzsiz, vicdanla və Vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.

Tədbirin sonunda and içən hər bir əməkdaşa dövlət qulluqçusunun Şəhadətnaməsi təqdim edilərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et