Dollar/TL məzənnəsində yeni rekord qeydə alınıb | Banco.az

Dollar/TL məzənnəsində yeni rekord qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi 0,5 faizdən çox artımla 27,76 səviyyəsinə yüksələrək öz rekordunu təzələyib.

Banco.az xəbər verir ki, ABŞ istiqrazlarında geriləmə davam edərkən, dollar qlobal bazarlarda cüzi bahalaşıb.

Digər tərəfdən, geosiyasi proseslərin yaşandığı bir mühitdə Dollar/TL məzənnəsində də yeni rekord sınaqdan keçirilib.

Belə ki, səhər saatlarında Dollar/TL məzənnəsi 0,5 faizdən çox artaraq 27,76-ya çatıb.

Qeyd edək ki, ötən üç ay ərzində türk lirəsi dollara qarşı 3 faizdən çox dəyər itirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et