Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.

Yeni iş həftəsinə bu vaxta qədərki ən yüksək səviyyə ilə başlayan məzənnə həftənin ikinci iş gününə stabil başlayıb.

Bazar ertəsini 8,4460 səviyyəsində başa vuran Dollar/TL bu gün səhər saatlarında 8,42 səviyyəsində icra edilib.

Qeyd edək ki, bu gün Türkiyədə Bakı vaxtı ilə 11:00-da oktyabr ayı üzrə inflyasiya göstəriciləri açıqlanacaq. Dünyanın isə gündəm mövzusu ABŞ prezident seçkiləridir. 

Nəticələrə hər iki hərəfin etiraz etmə ehtimalı və mümkün küçə iğtişaşlarının sərmayəçilərin koronavirus səbəbilə aşağı olan sərmayə qoyuluşu iştahasını daha da azaldacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et