Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Yeni iş həftəsinə 11 səviyyəsində başlayan məzənnə dünən 11.90-ı keçmiş, günü isə 11.78 səviyyəsində başa vurmuşdu.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, yeni günə 11.88 səviyyəsində başlayan məzənnə daha sonra yüksəlməyə başlayıb.

Dollar/TL məzənnəsi hazırda 12.14 səviyyəsində ticarət edilir.

Xatırladaq ki, ötən həftənin bazar ertəsi kabinetin iclasından əvvəl 18 səviyyəsini üstələməklə tarixi rekorda imza atan məzənnə daha sonra prezident Rəcəb Tayyib Ərdoğanın türk lirəsini təşviq edici açıqlamaları ilə sürətlə geriləyərək 12.27 səviyyəsinə enmiş, həftəni isə 10.63 səviyyəsində başa vurmuşdu. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et