Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni iş həftəsinə stabil başlayıb.

Məzənnə ötən həftə ABŞ-da açıqlanan inflyasiya göstəriciləri və istiqraz faizlərinin hərəkətli dinamikası fonunda 8.67-dən 8.28-ə qədər geriləmiş, həftəni isə 8.38 səviyyəsində başa vurmuşdu.

Həftənin ilk iş günündə Dollar/TL məzənnəsi 8.38 səviyyəsində icra edilir. 

Qeyd edək ki, bu həftə birjalar üçün mühüm gündəm mövzuları olduqca çoxdur. Belə ki, Türkiyədə yerli birjaların əsas diqqət mərkəzi Ərdoğan və Bayden arasında baş tutacaq görüş, FED iclası, Cerom Pauelin mətbuat konfransı və Türkiyə Mərkəzi Bankının pul siyasəti iclasına yönələcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et