Dollar ayın ən aşağı göstəricisinə yaxınlaşıb | Banco.az

Dollar ayın ən aşağı göstəricisinə yaxınlaşıb

ABŞ dolları qlobal ticarət anlaşmazlıqlarına dair yeniliyin olmadığı bir vaxtda bu ayın ən aşağı səviyyəsinə yaxınlaşıb. Yeni Zelandiya dolları isə iqtisadi inkişaf göstəricisinin gözləntiləri üstələməsinin təsirilə yüksəlib.

Yeni Zelandiya dolları ABŞ dollarına qarşı yüksəlişini yeddinci gündə davam edərək Yanvar ayından bəri ən uzun yüksəlmə silsiləsinə çataraq 0.6653 səviyyəsinə qədər yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

“ABŞ dolları üçün hazırda vəziyyət qarışıqdır,” deyən Sidneydə Milli Avstraliya Bankının valyuta strateqi Rodrigo Catril, “Hələ ki risk gözləntilərinin azalması inkişaf  etməkdə olan ölkələrin valyutalarına yardımçı olur və G – 10 ölkələrinin riskə həssas valyutaları daha yaxşı performansa sahibdir”, deyə əlavə edib. 

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et