"Disney"in keçmiş CEO-su vəzifəsinə qayıdıb, şirkət səhmləri bahalaşıb | Banco.az

"Disney"in keçmiş CEO-su vəzifəsinə qayıdıb, şirkət səhmləri bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Disney”in keçmiş CEO-su Bob İger təqaüdə çıxdıqdan bir il keçməmiş şirkətə qayıdıb.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli media və əyləncə şirkəti “Disney”in səhmlərinin getdikcə ucuzlaşdığı və “Disney+”ın mənfəət itkisi ilə üzləşməkdə olduğu bu günlərdə şirkət çətin dövrləri idarə etmək üçün Bob İgerə müraciət edib.

Media nəhəngi CEO Bob Çapeki Bob İgerlə əvəzlədiyini elan etdikdən sonra şirkət səhmləri sürətlə bahalaşıb. 

Xatırladaq ki, cümə gününün bağlanış nəticələrinə görə, şirkət səhmləri bu il təxminən 40 faiz ucuzlaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et