DİQQƏT! Maliyyə bazarları ilə maraqlananlar üçün 10 izahlı termin! | Banco.az

DİQQƏT! Maliyyə bazarları ilə maraqlananlar üçün 10 izahlı termin!

Terminlər rubrikamız davam edir, indi isə maliyyə bazarlarına aid bir-birindən maraqlı 10 termini sizlərə çatdırırıq. Xatırladaq ki, maliyyə bazarları maliyyə sahəsinin ən gəlirli və rahat sahəsidir. Ona görə də nə qədər bu sahədə çox bilgi, o qədər iş imkanı deməkdir.

1) Aut-treyd (outtrade): Hər hansı qarşılıqlı anlaşılmamaz lıq və ya səhv nəticəsində uğur suzluğa düçar olan birja sövdələşməsi və ya əməliyyatı

2) Baydaun (buydown): Proqressiv faiz dərəcəsinə malik borc (kredit). Baydaunda faiz dərəcələri əvvəlcə aşağı olur, sonra isə getdikcə artır. Məs, baydaunda kredit dərəcəsi birinci ay 2%, ikinci ay 2,5%, üçüncü ay 3% və s. ola bilər. Bəzən baydaun artan faizli borc kimi də adlandırılır. 

3) Baza aktivi (Underlying asset): Fyuçers və opsion müqa vilə ləri nin əsasını təşkil edən aktiv. Baza aktivi adətən qiymətli kağız və əmtəə qismində olur.

4) Cəldlik əmsalı (Quick ratio): Şirkətin qısa müddətli likvidli yini əks etdirən göstərici. Cəldlik əmsalı şirkətin ən likvid aktiv ləri vasitəsilə qısamüddətli öhdəliklərini qarşılama imkanını əks etdirir. 

Cəldlik əmsalı=(Cari Aktivlər – İnventarlar)/(Cari Öhdəliklər). 

Ən sərfəli kredit üçün müraciət et

5) Çek-kaunter (Check-counter): Bankın öz müştərisinin hesabında olan pul vəsaitlərini bu və ya digər məqsədlər üçün istifadə etdiyi halda onlara təqdim etdiyi qəbz, çek

6) Dekholder (Deck holder): Birjada brokerlə müştəri arasında vasitəçilik xidməti göstərən şəxs. Dekholder müştərinin birja əməliyyatları ilə bağlı tapşırığını brokerə çatdırır.

7) Delistinq (Delisting): Fond birjasında təminatsız, yaxud aşağı təminatlı qiymətli kağızların listinqdən (alqı-satqı siyahısından) çıxarılması.

8) “Dovşan” istiqrazı (Bunny bond): Sahibinə alacağı faiz ödənişlərini həmin növdən olan əlavə istiqrazlara dəyişmək imkanı verən istiqraz.

9) Düşmüş mələklər (Fallen angels): Buraxılış zamanı investisiya dərə cəsindən yüksək reytinqə malik olan, lakin sonradan reytinqi əhəmiyyətli dərəcədə düşən istiqrazlar. 

10) Göyqurşağı (Rainbow): Valyuta risklərindən müdafiəni nəzərdə tutan istiqrazlar başa düşülür.

Ən sərfəli krediti almaq üçün müraciət et