"Dəyişiklik tamamilə vergilərdən azad olunmaq demək deyil" | Banco.az

"Dəyişiklik tamamilə vergilərdən azad olunmaq demək deyil"

Xəbər verdiyimiz kimi, 2019-cu ildən etibarən Vergi Məcəlləsində mühüm dəyişikliklər gözlənilir. Belə ki, aylıq əməkhaqqı 8 000 manatadək olan qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir. Güzəştlərin 7 il müddətinə tətbiq olunması gözlənilir. 

İqtisadiyyatçı ekspert Natiq Cəfərli Məcəllədə nəzərdə tutan dəyişiklikləri şərh edən zaman bildirib ki,  bunu kifayət qədər inqilabi dəyişiklik adlandırmaq olar:

“Ölkəmizdə əmək müqaviləsi ilə çalışan 1 milyon 600 minə yaxın insan var. Onların təqribən 650 minə yaxını məhz qeyri-neft sektorunda, yəni özəl sektorda çalışır. Əvvəllər həmin şəxslər ortalama 14% gəlir vergisi ödəyirdi. Yeni dəyişikliklərə əsasən 8 min manatadək maaş alanlar üçün həmin gəlir vergisi sıfırlanacaq.  Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində olması nəzərdə tutulub. Ölkəmizdə də 8 min manatdan yuxarı maaş alan çox cüzi bir kəsim var. Ona görə deyə bilərik ki, dəyişiklik böyük bir kütləyə şamil ediləcək”.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçının sözlərinə görə, güzəşt vergisinin ləğv olunmasının yeganə əvəzi kimi vətəndaşlara sosil müdafiə fonduna olan ödənişlərin artırılması nəzərdə tutulub:

“Əvvəllər maaşın 3 faizi Sosial Müdafiə Fonduna köçürülürdü. Dəyişikliklərə əsasən isə 200 manatdan yuxarı maaş alanlar 6 manat üstəgəl maaşlarının 200 manatdan yuxarı olan hissəsinin 10 faizini Fonda ödəniləcək. Gəlir vergisinin ləğv olunması insanların maaşlarında müəyyən artıma səbəb olacaqdısa, Fonda olan ödənişlərin artımı bunu kompensasiya edəcək. Yəni dəyişiklik tamamilə vergilərdən azad olunmaq demək deyil.

© “Qafqazinfo"

Ən sərfəli krediti almaq üçün müraciət et