Depozit üzrə faizlərin hesablanması- sadə faizlər | Banco.az

Depozit üzrə faizlərin hesablanması- sadə faizlər

Depozit faizləri əsasən iki üsulla hesablanır : sadə faiz hesablanması və ya mürəkkəb faizlər düsturu ilə. İkinci halda faizlərin kapitallaşması baş verir. Bu o deməkdir, müqavilə şərtlərinə əsasən ayın və ya rübün sonuna hesablanmış faizlər əsas məbləğə əlavə olunur və sizin depozitin məbləği artır, növbəti dövrdə isə faizlər həmin artmış məbləğ hesablanır.

Gəlin daha ətraflı şəkildə nəzərdən keçirək. 

Sadə faizlərin hesablanması

  1. Məsələn siz illik 10%-lə 1 illik depozit yerləşdirmisiniz. Depozitinizin miqdarı 5000 min manatdır. Siz ilin sonunda alacağınız məbləğ:

M= X+ (X*f)

M –yekun məbləğ

X – İlkin məbləğ

f– illik faiz dərəcəsi/100

M = 5000 + (5000*10/100)=5500

2. Sizin müqavilədən asılı olaraq, siz faizləri rüblük də ala bilərsiniz.

F = (5000*10/100)) *90/360 =125

Ən sərfəli kredit üçün müraciət et

(360 il ərzində günlərin sayı, 90 isə bir rüb ərzində günlərin sayını göstərir)

Belə olduqda sizin birinci rübün sonunda aldığınız məbləğ 125 manat təşkil edəcək. Əsas məbləğ isə olduğu kimi depozitdə qalacaq.

3. Əgər müqaviləyə əsasən siz ayın sonunda öz faizlərinizi götürmək istəsəniz, onda da eyni qayda tətbiq edilir. 

F = (5000*10/100) * 30/360 = 41,6

(360 il ərzində günlərin sayı, 30 isə bir ay ərzindəki günlərin sayını göstərir)

Amma nəzərə alın ki, banklarda faizləri müddətin sonunda  deyil, rüblük və aylıq götürəndə məhsul üzrə nisbətən aşağı faizlər təklif edilir. Məsələn əgər müddətin sonda götürdükdə depozit faizi 10 olarsa, aylıq götürdükdə illik 6 % , rüblük götürdükdə isə illik 8% hesablana bilər.

Bütün bunlar barədə bank işçiləri sizə öncədən məlumat verir

İndi isə depozitlərin kapitallaşmasını nəzərdən keçirək.

Mürəkkəb  faizlər düsturu

Ən sərfəli krediti almaq üçün müraciət et