Dəmir yolu nəqliyyatı ilə yükdaşıma azalıb, sərnişin daşıma artıb | Banco.az

Dəmir yolu nəqliyyatı ilə yükdaşıma azalıb, sərnişin daşıma artıb

Dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar ayında 1,4 milyon ton yük, 622,6 min sərnişin daşınıb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirib.

Məlumata görə,  2023-cü ilin yanvar ayı ilə müqayisədə yük daşınmada 7,0 faiz azalma, sərnişin daşımada  isə 30,1 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 326 vaqon yüklənib, 366 vaqon isə boşalıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,7 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et