Daşınmaz əmlaka yatırım edərkən nələrə diqqət etməliyik? | Banco.az

Daşınmaz əmlaka yatırım edərkən nələrə diqqət etməliyik?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Banco.az xəbər verir ki, daşınmaz əmlak həmişə investisiya üçün real və risksiz bir seçim olub. Lakin doğru seçim etmədikdə əmlak sərmayəsi gəlirli olmaya da bilər. Aşağıdakı 5 bənddə bir əmlaka investisiya etməzdən əvvəl nəzərə alınmalı olduğunuz məqamları qeyd etmişik. 

1. Məkan 

Daşınmaz əmlaka sərmayə qoyarkən yer həmişə nəzərə alınmalı ən vacib faktor olub. İnvestisiyanızdan maksimum gəlir əldə etmək üçün hazırda məşhur olan və ya belə olmaq potensialı olan yerləri axtarmaq lazımdır. Misal üçün mənzilə sərmayə yatırmaq istəyirsinizsə, metroya, məktəbə, bağçaya yaxın bir məkan seçmək satış və ya kirayə zamanı əmlakın qiymətinə çox böyük təsir edəcək.

2. Əmlakın növü

Bir əmlaka sərmayə qoyarkən nəzərə almalı olduğunuz başqa bir amil əmlakın növüdür. Bu, evlər, mənzillər, mağazalar, obyektlər, restoranlar, ofislər, anbarlar və s. ola bilər. 

Tələb olunan xərclər və müxtəlif əmlaklar üçün potensial bazar da fərqli olacaq. Buna görə də satın almadan əvvəl investisiyanızın dəyərli olacağına əmin olmaq üçün hansı əmlaka yatırım etmək istədiyinizi bir daha düşünməniz daha doğru olar. 

3. Əmlakın dəyəri

İnvestisiya üçün satın aldığınız hər hansı bir əmlakın dəyəri də vacib məsələdir. Nəzərə almaq lazımdır ki, pul qazanmaq istəyəndə, təmirə az ehtiyacı olan əmlakı seçmək daha doğru seçimdir. Çünki həddən artıq təmirə ehtiyacı olan bir əmlakı almaq büdcə xərcinizi nəzərdə tutduğunuzdan daha çox artıra bilər.

Ən sərfəli kredit üçün müraciət et

4. Satmaq və ya icarəyə vermək

Əmlaka yatırım etməzdən əvvəl diqqət yetirməli olduğunuz digər bir məqam isə əmlakı satmaq yoxsa icarəyə vermək məqsədi ilə almağınızdır. Çünki aldığınız əmlakı satmaq məqsədi ilə alırsınızsa, 1 dəfə, lakin icarəyə vermək məqsədilə alırsınızsa, əmlakdan uzunmüddətli gəlir əldə edə bilərsiniz. Bununla belə, zamanında əmlakı icarə verdiyiniz üçün onu satanda gəliriniz də daha çox olmuş olacaq.

5. Davamlı qazanmaq, yoxsa tez gəlir əldə etmək?

Digər bir məqam isə investisiya əmlakınızı satmaq və ya icarəyə götürmək qərarına bağlı olaraq investisiyanızı nə qədər müddətdə saxlamaq istədiyinizdir. Məsələn, əgər siz sürətli qazanc əldə etmək istəyirsinizsə, əmlakınızı mümkün qədər tez satmağınız məntiqlidir. Lakin məqsədiniz uzunmüddətli qazanc əldə etməkdirsə, o zaman əmlakınızı saxlamaq və ya icarəyə vermək daha gəlirli seçim olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et