Daha bir şirkətin bazar dəyəri 1 trilyon dollara çatıb | Banco.az

Daha bir şirkətin bazar dəyəri 1 trilyon dollara çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın çip istehsalçısı 1 trilyon dollarlıq şirkətlər klubuna daxil olub.

Banco.az xəbər verir ki, ABŞ-ın çip istehsalçısı “Nvidia”nın bazar dəyəri ilk dəfə olaraq 1 trilyon dollara çatıb. Bununla da, “Nvidia” 1 trilyon dollar klubuna qoşulan  9-cu şirkət olub.

Oyun dünyasının mənzərəsini yenidən formalaşdıracaq süni intellekt texnologiyası hazırlayan şirkətin səhmləri dünən Nyu-York Birjasında 4 faizdən çox bahalaşaraq 409 dollara çatıb. Bazar dəyəri isə 1,02 trilyon dollara təşkil edib.

Qeyd edək ki, Silikon Vadisində fəaliyyət göstərən texnologiya şirkəti “Nvidia” beləliklə aralarında dünyaca məşhur nəhənglər “Apple”, “Microsoft”, “Amazon” və “Alphabet”in də olduğu 1 trilyon dollar dəyərə çatan şirkətlər qrupuna qoşulub ki, dünyada belə şirkətlərin sayı sadəcə doqquzdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et