Daha bir qurum Türkiyənin seçkidən sonrakı iqtisadi vəziyyətini dəyərləndirib | Banco.az

Daha bir qurum Türkiyənin seçkidən sonrakı iqtisadi vəziyyətini dəyərləndirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Xarici qurumların Türkiyədə seçkidən sonra məzənnə və faiz vəziyyəti ilə bağlı qiymətləndirmələri davam edir.

Banco.az xəbər verir ki, mövzu ilə bağlı bu dəfə də ABŞ-ın investisiya bankçılıq və maliyyə təşkilatı “CitiGroup” fikirlərini bölüşüb.

Qurumun strateqlərinin fikrincə, proqnozlaşdırılan pul siyasətinin normallaşdırılması prosesində faiz artım tempi və miqyası əsas diqqət mərkəzindədir və hazırda üçüncü və dördüncü rüblər üçün siyasət dərəcəsi üzrə bazar proqnozları müvafiq olaraq 25,5 faiz və 27 faiz səviyyəsindədir, lakin onlar hesab edirlər ki, qeyd olunan kurs zəruri düzəlişin aşağı həddini təmsil edə bilər.

Həmçinin vurğulanıb ki, Türkiyədə uçot dərəcəsini təxminən 40 faizə və ya daha yüksək səviyyəyə çatdıracaq daha güclü tənzimləmə özlüyündə daha ehtiyatı tədbir hesab edilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et