Daha bir aviaşirkət zəlzələ bölgəsindən uçuşlara vahid qiymət müəyyən edib | Banco.az

Daha bir aviaşirkət zəlzələ bölgəsindən uçuşlara vahid qiymət müəyyən edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SunExpress” zəlzələ bölgəsi üzrə bilet qiymətlərini tənzimləyib.

Banco.az xəbər verir ki, Türk Hava Yolları və “Lufthansa”nın ortaq müəssisəsi olan “SunExpress” axtarış-xilasetmə və tibbi qrupların ən qısa zamanda zəlzələ bölgəsinə gətirilməsi üçün rəsmi qurumlarla koordinasiyalı şəkildə özəl reyslərin həyata keçirildiyini bildirib.

Edilən açıqlamaya görə, “SunExpress” AFAD başda olmaqla bütün rəsmi səlahiyyətli qurumlar vasitəsilə alınan yardımların zəlzələ bölgəsinə çatdırılması üçün ölkədaxili pulsuz yükdaşıma xidmətlərini də davam etdirir.

Bununla yanaşı, aviaşirkət Adana, Diyarbəkir, Qaziantep, Kayseri, Malatya və Mardinə bütün daxili uçuşlar üzrə bilet qiymətini 13 Fevral 2023-cü ilə qədər vergilər daxil olmaqla 100 TL olaraq təyin edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et