Çinli telefonlara maraq azalır | Banco.az

Çinli telefonlara maraq azalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oktyabrda Çinin yerli smartfon tədarükü 27,2% azalıb.

Banco.az xəbər verir ki, 5G-nin dünyada kifayət qədər geniş yayılmaması Çin smartfon istehsalçılarının gəlirlərini itirməsinə səbəb olur.

Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının hesabatında bildirilir ki, oktyabr ayında Çində smartfon tədarükü illik müqayisədə 27,2 faiz azalaraq 23,78 milyon təşkil edib.

Yanvar-oktyabr ayları ərzində də smartfon tədarükü keçən ilin eyni dövrü ilə müqayisədə 22 faiz azalaraq 215 milyon ədədə düşüb.

Sektor gəlirliliyinin azalması şirkətlərə də təsir edir. Belə ki, hətta ötən dövrdə ölkənin ən böyük smartfon istehsalçısına çevrilən “Xiaomi” də işçi heyətinin 10%-ni ixtisar edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et