Çinin sərhədləri yenidən açması digər ölkələri hərəkətə keçirib | Banco.az

Çinin sərhədləri yenidən açması digər ölkələri hərəkətə keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin sərhədləri yenidən açması bu dəfə də dünya ölkələrinin məhdudiyyətlər tətbiq etməsini aktuallaşdırıb.

Banco.az xəbər verir ki, Çin Sıfır-Kovid siyasətindən imtina etdiyi üçün yanvarın əvvəlində sərhədləri açmağa hazırlaşır ki, bu da dünya ölkələrini Çindən gələn səyahətçiləri koronavirus testindən keçirməyə və ya girişə müəyyən məhdudiyyətlər qoymağa dair tədbirlər görməyə sövq edir.

ABŞ rəsmilərinin sözlərinə görə, infeksiyaların yenidən yayılma riski ilə bağlı artan narahatlıqlar fonunda ABŞ Çindən gələn insanlar üçün yeni koronavirus tədbirlərini nəzərdən keçirir. Pekinin yanvarın 8-dən etibarən ölkəyə gələn səyahətçiləri karantinə almayacağını elan etməsindən sonra Yaponiya da mənfi koronavirus testi tələbi üzrə addımlar atmağa hazırlaşır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et