Çin hər zaman tikdiyi binalarla diqqətləri öz üzərinə çəkməyi bacarır. Çinin binaları ilə diqqət çəkən şəhərlərindən biri də Hangzhour adlanır. Bu şəhər öz unikal quruluşlu binaları ilə diqqət mərkəzində olmağı bacarır. Şəhərdə günəş formasında, ay formalı və bir-birilə əl-ələ tutmuş 6 insanı xatırladan formada binalar mövcuddur. Əslində Çin dövləti qeyri-adi quruluşa malik bu binaları sadəcə vizual görüntü üçün deyil, müsbət enerjiyə inandıqları üçün belə inşa edirlər. Nə qədər qəribə olsa da onlar bina quruluşunun enerjiyə təsir etdiyinə inanırlar. Müsbət enerjinin uğur, mənfi enerjinin bədbəxtlik gətirdiyinə inanan çinlilər müsbət enerjini artırmaq və əksinə mənfini azaltmaq üçün qeyri-adi formalı binalar inşa edirlər. Şəhərdə inşa olunan günəş və ay formalı binalar elə tikilib ki, yaxın məsafədə yerləşən çayın müsbət enerjisini cəlb etsin və digər binalara ötürsün. Başqa sözlə desək, Çin höküməti çayın müsbət enerjisini şəhərə cəlb etmək üçün belə binalara milyard dollarlıq sərmayə sərf edib.
Maraqlı ola bilər : Çin internet bazarına aid 13 fakt (Təhlil)
Qədim çinlilərə görə əşyaların qeyri-adi quruluşu enerjini özünə cəlb edir və bu prinsip Feng Shui adlanır. Hangzhour şəhərinin belə inkişafı bu inanca olan etibarı artırmaqdadır. Bu inanc yalnız Çində deyil, Sinqapur, Honk Konq kimi inkişaf etmiş ölkə və şəhərlərdə özünü göstərməkdədir.
Nəcibə Yusifova, Banco.az