Çində xidmət sektorunun aktivliyi azalıb | Banco.az

Çində xidmət sektorunun aktivliyi azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində xidmət fəaliyyətinin ən mühüm göstəricilərindən biri olan Satınalma Menecerləri İndeksi (PMI) sektorda daha yavaş bərpa olunduğuna işarə edir.

Banco.az xəbər verir ki, Çində Caixin xidmət sektoru PMI iyun ayında 57,1 bənddən 53,9 punkta düşüb.

Bu azalmaya baxmayaraq, indeks ardıcıl altıncı aydır ki, genişlənmə və daralmanı bir-birindən ayıran 50 punktluq hədddən yuxarıdır.

Caixin açıqlaması sənayedə gözləniləndən daha yavaş bir bərpaya işarə edir.

Qeyd edək ki, xidmət təminatçıları fəaliyyətin ləng artımına baxmayaraq, istehsal gücünü artırmaq üçün işə qəbulu artırıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et