Çində xarici investisiya qoyuluşu 17,4 faiz artıb | Banco.az

Çində xarici investisiya qoyuluşu 17,4 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinə birbaşa xarici investisiyalar ilin ilk 10 aylığında 17,4 faiz artıb.

Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin yaydığı bəyanata görə, ölkəyə birbaşa xarici investisiyalar yanvar-oktyabr dövründə illik əsasda 17,4 faiz artaraq 168,34 milyard dollara çatıb.

Bu dövrdə xidmət sektoruna investisiyalar 4,8 faiz, yüksək texnologiyalar sahəsinə isə 31,7 faiz artıb.

Ölkələrə görə baxdıqda isə Cənubi Koreyadan investisiyalar 106,2 faiz, Almaniyadan 95,8 faiz, İngiltərədən 40,1 faiz, Yaponiyadan isə 36,8 faiz artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et