Çində istehsal sektorunun fəaliyyəti gözlənilən nəticəni verməyib | Banco.az

Çində istehsal sektorunun fəaliyyəti gözlənilən nəticəni verməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin istehsal sektorunda aktivlik proqnozlardan aşağı olub.

Banco.az xəbər verir ki, Milli Statistika Bürosu tərəfindən hazırlanan rəsmi istehsal PMI may ayında 49,2 punktdan ötən 5 ayın ən aşağı səviyyəsi olan 48,8 punkta geriləyib.

Qeyd edək ki, iqtisadçılar indeksin 49,4 punkta yüksəlməyini gözləyirdilər.

Milli Statistika Bürosu böyük istehsalçılar üçün satınalma menecerləri indeksinin 50 punkt, kiçik istehsalçılar üçün isə daha aşağı olduğunu qeyd edib. Məlum olduğu kimi, indeksin 50-dən aşağı dəyər alması sektorda daralmanı göstərir.

Bildirilib ki, ölkədə xidmət aktivliyi indeksi 54,5 punkt olmaqla hələ də artım fazasında qalsa da, ardıcıl ikinci aydır ki, bu indeksdə də azalma qeydə alınır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et