Çində istehlak qiymətləri 6 aydan sonra ilk dəfə bahalaşıb | Banco.az

Çində istehlak qiymətləri 6 aydan sonra ilk dəfə bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində istehlak qiymətləri 6 aydan sonra ilk dəfə bahalaşıb.

Banco.az xəbər verir ki, Milli Statistika Bürosunun (NBS) məlumatına görə, fevral ayında istehlak qiymətləri indeksi (İQİ) illik 0,7 faiz artıb.

Fevral ayında İQİ-nin illik 0,3 faiz artacağı gözlənilirdi. Aylıq əsasda isə qiymətlər 1 faiz artıb.

Bununla da, ölkədə sözügedən dövrdə istehlak qiymətlərində illik artım 11 ayın ən yüksək səviyyəsinə çatıb.

İstehsalçı qiymətlərində isə azalma davam edib. İstehsalçı qiymətləri indeksi ötən ilin eyni ayı ilə müqayisədə 2,7 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçılar daxili tələbin hələ də kifayət qədər zəif olduğunu və Çində deflyasiyanın bitdiyi qənaətinə gəlmək üçün hələ tez olduğunu bildiriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et