Çində inflyasiyanın sürəti artıb | Banco.az

Çində inflyasiyanın sürəti artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində inflyasiya sürətlənsə də, istehsalçı qiymətlərinin azalma tempi proqnozları doğrultmayıb.

Banco.az xəbər verir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində dekabr ayında ərzaq qiymətlərinin artması səbəbindən istehlakçı inflyasiyası sürətlənib, istehsalçı qiymətləri isə aşağı düşüb.

Səhər saatlarında açıqlanan məlumatlara görə, ölkədə İstehlak Qiymətləri İndeksi gözləntilərə uyğun olaraq illik 1,8 faiz artaraq 1,6 faiz artımın qeydə alındığı noyabr ayı göstəricilərini üstələyib. 

Noyabrda illik 1,3 faiz ucuzlaşan İstehsalçı Qiymətləri İndeksinin isə 0,1 faiz azalacağı gözlənilirdi. Bununla belə, sözügedən azalma 0,7 faiz olub.

Qeyd edək ki, İstehsalçı Qiymətlərinin gözləntilərdən çox azalması artan Kovid-19 hadisələrinin istehsala mənfi təsirlərini əks etdirsə də, qiymət azalmasının əvvəlki ayla müqayisədə səngiməsi nisbətən müsbət qiymətləndirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et