Çində fabrik və zavodların fəaliyyəti yaxşılaşıb | Banco.az

Çində fabrik və zavodların fəaliyyəti yaxşılaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin Caixin istehsal PMI göstəricisi proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Çində fabrik və zavodların fəaliyyəti may ayı ərzində sektorda böyümə və daralmanı bir-birindən ayıran 50 dəyərini üstələyib.

Belə ki, Caixin/S&P Qlobal istehsal PMI göstəricisi may ayında 49,5 punktdan 50,9 punkta yüksələrək ötən 11 ayın ən yüksək səviyyəsinə çatıb.

İqtisadçılar isə indeksin bu ay da 49,5 punkt səviyyəsində qalacağını gözləyirdilər.

Xatırladaq ki, dünən Çin Milli Statistika Bürosu tərəfindən açıqlanan rəsmi məlumatlar göstərdi ki, istehsal PMI may ayında 48,8 punkt ilə 5 ayın ən aşağı səviyyəsinə enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et