Çin ötən il 275 milyard dollarlıq istehlak malı idxal edib | Banco.az

Çin ötən il 275 milyard dollarlıq istehlak malı idxal edib

2023-cü ildə Çinin idxal etdiyi istehlak mallarının ümumi dəyəri 2022-ci illə müqayisədə 1,2 % artaraq 1,95 trilyon yuana (275 milyard ABŞ dolları) çatıb.

Bunu Çinin ticarət nazirinin müavini Şen Tsyupin Haykouda keçirilən IV Çin Beynəlxalq İstehlak Malları Sərgisinin açılış mərasimində bildirib.

"Çinin istehlak bazarı geniş imkanlara malikdir", - deyə o qeyd edib.

Çin rəsmisinin sözlərinə görə, ötən il ölkənin elektron kommersiya kanalları vasitəsilə, transsərhəd yolla idxal etdiyi malların ümumi dəyəri isə əvvəlki ilə nisbətən 7 % artaraq 141,7 milyard yuan (19,9 milyard ABŞ dolları) təşkil edib.

"2022-ci ildə ölkədə istehlak mallarının satışının ümumi dəyəri isə 2022-ci illə müqayisədə 7,2 % artaraq 47,1 trilyon yuan (6,6 trilyon ABŞ dolları) olmaqla yeni rekord müəyyən edib", - deyə Ş.Tsyupin əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et