Çin Mərkəzi Bankı ölkə iqtisadiyyatını dəstəkləyəcək | Banco.az

Çin Mərkəzi Bankı ölkə iqtisadiyyatını dəstəkləyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Mərkəzi Bankı bəyan edib ki, pul siyasəti çevik, dəqiq və effektiv olmalıdır.

Banco.az xəbər verir ki, Çin Mərkəzi Bankı dördüncü rübün icrası ilə bağlı hesabatında pul siyasətinin çevik, dəqiq və effektiv olmasının zəruriliyini vurğulayıb.

Bankın hesabatında iqtisadiyyatda canlanma əlamətlərinin qeyri-sabit olduğu və artan deflyasiya riskləri fonunda qiymət sabitliyinin qorunduğu bildirilib. Qeyd olunub ki, daxili tələbatın artırılması üçün siyasət çevik və həssas saxlanılacaq.

Qeyd edək ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı zəif istehlak tələbi və yavaşlayan qiymətlərlə mübarizə aparır. Bu şərtlər mərkəzi bankı siyasəti yumşaltmağa məcbur etsə də, yuanın sabitliyini qorumaq üçün bankın manevr imkanlarının məhdud olduğu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çində istehlak qiymətləri təxminən 15 ilin ən kəskin enişini qeydə alıb. Eyni dövrdə istehsalçı qiymətlərində də azalma müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et