Çin limanlarında konteynerlərin həcmi artıb | Banco.az

Çin limanlarında konteynerlərin həcmi artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin limanlarında konteynerlərin həcmi 4,7 faiz artıb.

Banco.az xəbər verir ki, Çin Nəqliyyat Nazirliyinin hesabatına görə, 2022-ci ildə Çin limanlarında daşınan vahid konteynerlərin miqdarı 4,7 faiz artaraq 296 milyon TEU-ya, daşınan yük isə 0,9 faiz artaraq 15,69 milyard tona çatıb.

Əvvəlki illə müqayisədə daşınan konteynerlərin sayı 4,7 faiz, yüklərin çəkisi isə 0,9 faiz artıb.

Sahil limanlarından daşınan yüklərin həcmi illik 1,6 faiz artaraq 10,13 milyard tona, daxili limanlardan daşınmış yüklərin həcmi isə 0,3 faiz artaraq 5,56 milyard tona çatıb.

Qeyd edək ki, Kovid-19 pandemiyası ilə əlaqədar həyata keçirilən karantin tədbirləri yükdaşımalarda fasilələrə səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et