Çin iqtisadiyyatı III rübdə proqnozlardan çox böyüyüb | Banco.az

Çin iqtisadiyyatı III rübdə proqnozlardan çox böyüyüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin iqtisadiyyatı ilin III rübündə 3,9 faiz artım göstərib ki, bu da iqtisadçıların 3,4 faizlik proqnozundan çoxdur.

Banco.az xəbər verir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) iyul-sentyabr rübündə illik müqayisədə 3,9 faiz artaraq proqnozları üstələyib.

Sözügedən dövrdə ÜDM rüblük əsasda 3,9% artsa da, ötən rüb 2,6% azalma müşahidə olunmuşdu.

Bugün açıqlanan rəsmi məlumatlara görə, Çin iqtisadiyyatı III rübdə gözləniləndən daha sürətlə dirçəlsə də, rəsmi Pekinin gələn ili əhatə edən güclü canlanma təşviqi sərt Kovid-19 məhdudiyyətləri və qlobal tənəzzül riskləri ilə toqquşur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et