Çin iki nadir elementin ixracına məhdudiyyət tətbiq edəcək | Banco.az

Çin iki nadir elementin ixracına məhdudiyyət tətbiq edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin yarımkeçiricilər sənayesində və digər elektronika istehsalında istifadə olunan iki metalın ixracına məhdudiyyətlər qoyub.

Banco.az xəbər verir ki, Çin bir çox elektron məhsulların, xüsusilə də çiplərin istehsalında istifadə edilən iki metalın ixracına məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb.

Bu barədə bazar ertəsi Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Qallium və germaniumun kimyəvi birləşmələri ilə birlikdə avqustun 1-dən etibarən ixrac nəzarətinə tabe ediləcəyi, görülən tədbirlərin Çinin milli təhlükəsizliyi və maraqlarına xidmət edəcəyi qeyd edilib.

Bu addım, çox güman ki, avadanlıq istehsalçılarının xərclərini artıracaq və qabaqcıl hesablama texnologiyasını inkişaf etdirmək yarışında geosiyasi gərginliyi intensivləşdirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et