Çin bu ölkə vətəndaşlarına viza verilməsini dayandırıb | Banco.az

Çin bu ölkə vətəndaşlarına viza verilməsini dayandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Cənubi Koreya və Yaponiya vətəndaşlarına viza verilməsini dayandırıb.

Banco.az xəbər verir ki, rəsmi Pekin hökuməti bugünkü açıqlamasında Cənubi Koreya və Yaponiyanın Çindən gələn sərnişinlərə tətbiq olunan Kovid-19 tədbirlərinə cavab olaraq bu ölkələrin vətəndaşlarına viza verilməsini dayandırdığını elan edib.

Çinin Seuldakı səfirliyi Cənubi Koreyadan gələn qonaqlar üçün qısamüddətli vizaların verilməsini dayandırdığını bildirib. Yaponiyanın Kyodo xəbər agentliyi Pekinin Yaponiyaya qarşı da oxşar tədbirlər həyata keçirdiyini açıqlayıb.

Xatırladaq ki, Çin Kovid-19 pandemiyasına qarşı "sıfır yoluxma halı siyasətini" qəfil yumşaltdıqdan sonra bazar günündən etibarən sərhədlərini yenidən açdığını elan etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et